Ekonomiks 12:50 15.10.2020

ABŞ-ın əv varlı qadınları (SİYAHI)

"Forbes” jurnalı ABŞ-ın self-made ən varlı 100 qadın sahibkarının illik siyahısını dərc edib.

Qaynarinfo xəbər verir ki, siyahıya Diana Hendriks başçılıq edir. Dam örtüyü materialları istehsal edən və satan "ABC Supply” şirkətinin həmtəsisçisi artıq 3 ildi ki, ilk pilləni qoruyub saxlayır.

Reytinq cədvəlində yer alan ən gənc qadın 23 yaşlı model Kayli Cennerdir. Ən yaşlı isə biotexnologiya ilə məşğul olan 94 yaşlı Elis Şvartsdır.

Siyahıda şou-biznes nümayəndələri də yer alıb. Belə ki, Rianna öz brendi altında kosmetika və alt paltarların illik satışlarından 600 milyon ABŞ dolları qazanaraq 33-cü sırada qərarlaşıb.

Madonna 550 milyon ABŞ dolları gəlirlə 40-cı, Selin Dion 455 milyon ABŞ dolları ilə 51-ci, Beyonse isə 420 milyon ABŞ dolları ilə 55-ci sırada qərarlaşıb.