Xəbər lenti

"Qalatasaray" ulduz futbolçu üçün danışıqlara başladı
İdman14:16 05.07.2025

"Qalatasaray" ulduz futbolçu üçün danışıqlara başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Qalatasaray" klubu futbolçu Hakan Çalhanoğlunu transfer etmək üçün İtaliya təmsilçisi "İnter"lə danışıqlara başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Milan klubu 31 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırmağa hazırdır. İtalyanlar bu keçiddən 30 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, 2021-ci ildən "İnter"də çıxış edən Hakan Çalhanoğlunun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.