ABŞ-ın Helsinki Kommissiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı dinləmələr keçirib.
Dinləmələrdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Məclisin komitə sədri, millət vəkili Səməd Seyidov, milət vəkili Asim Mollazadə, Milli Şuranın təmsilçisi Eldar Namazov və REAL Hərəkatından Erkin Qədirli, ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müavininin köməkçisi Thomas Melia, Milli Demokratiya Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy da iştirak ediblər.
ABŞ dövlət katibinin müavininin köməkçisi Thomas Melia çıxışında Azərbaycanda bu ilin oktyabrında keçiriləcək seçkilərdən danışıb. O, rəsmi Bakının Elmar Məmmədyarovun timsalında bəyanatla çıxış etdiyini, seçkilərin azad keçiriləcəyinə şərait yaradacağının vurğulandığını bildirib.
Melia yenə də rəsmiləri azad və sərbəst seçkilər keçirməyə çağırıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə ölkədə görülən işlərdən, aparılan islahatlardan danışıb. O bildirib ki, Azərbaycanda insanların sərbəst toplaşmaq hüququ və ifadə azadlığı təmin olunur.
Milli Şuranın təmsilçisi Eldar Namazov isə çıxışını daha çox gənc fəalların saxlanılması və Milli Şuranın yaranması üzərində qurub
Milli Məclsiinin komitə sədri Səməd Seyidov isə çıxışına Ermənitanın Azərbaycana təcavüzündən, bu məsələyə ikili standartlarla yanaşılmasından danışmaqla başlayıb.
Ölkədə ifadə və sərbəst toplaşmaq azadslığının olduğunu bildirən S. Seyidov siyasi məhbusların olmadığını da vurğulayıb: "Əgər siz Azərbaycanda həbsxanalarda cəza çəkən məhbusların sayını Gürcüstan, Fransa, Böyük Britaniya ilə müqayisə etsəniz, Azərbaycanda məhbusların daha az olduğunu görərsiniz. Xüsusilə də mütəmadi olaraq verilən əfv fərmanlarını və parlament tərəfindən qəbul olunan amnistiya aktlarını nəzərə almaq lazımdır”.
S. Seyidov ölkədə gender balansının da qorunduğunu deyib: "Siz parlament və bələdiyyə seçkilərində iştirak edən qadınların sayının günbəgün artdığını da müşahidə edə bilərsiniz. İndi parlamentdə qadınların sayı 20 faizdən, bələdiyyədə isə 30 faizdən çoxdur”.
S. Seyidov bildirib ki, insan haqlarının qorumması, korrupsiyaya qarşı mübarizə hökumətinin özü üçün də əsas məsələlərdən biridir: "Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycanda insan hüquqlarının yaxşılaşdırmasına dair Fəaliyyət planını da təsdiqləyib”.
S Seyidov 2014-ci ilin əvvəlindən Azərbaycanın Avropa Şurasında rəhbər mövqe tutacağını da vurğulayıb.
O, problemlərin olduğunu da etiraf edib: "Hər şeyi birdən-birə dəyişmək mümkün deyil. Biz müstəqilliyimizin cəmi 20-ci ilini yaşayırıq. 237-ci il müstəqil yaşayan Amerikada da müəyyən problemlər var. Əsas və ən mühüm məsələ dövlətin siyasi iradəsinin olmasıdır, bu da var”.
S. Seyidov deyib ki, Azərbaycan seçkiqabağı və seçkilər zamanı müşahidə missiyasının təşkili üçün Avropa Şurasına təklif göndərib: " Avropa Şurasının 32 üzvü bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində müşahidə missiyasını yerinə yetirmək üçün Azərbaycanda olacaq. Azərbaycan eyni təklifi digər beynəlxalq təşkilatlara da göndərəcək”.
Daha sonra REAL-ın namizədi Erkin Qədərli çıxış edırək, Azərbvaycandakı vəziyyətdən danışıb, çıxışının bir hissəsi isə Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisələrə həsr olunub. O və Eldar Namazov Rüstəm İbrahimbəyovun sərhəddə saxlanılması və namizədliyinin qeydiyyatı ilə bağlı problem olduğunu bildiriblər.
S. Seyidov isə bildirib ki, Azərbaycan Konstitusiyasının 100-cu maddəsində başqa ölkə vətəndaşının və başqa ölkə qarşısında öhdəliyi olan şəxslərin prezidentliyə namizəd olmasının mümkünsüzlüyünün açıq şəkildə göstərildiyini bildirib: "Hazırda Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Belə vəziyyətdə o, qeydiyyata alına bilməz”.//APA
Qaynra.info
Şərhlər