Dünya 09:19 20.08.2018

ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutuldu

ABŞ-ın Türkiyənin paytaxtı Ankaradakı səfirliyi atəşə tutulub. 

Qaynarinfo xəbər verir ki, hadisə ötən axşam baş verib.

Naməlum şəxslər avtomobillə Ankaranın Atatürk bulvarında yerləşən səfirliyin binasına yaxınlaşaraq atəş açıblar. Daha sonra isə hadisə yerindən qaçıblar. Güllələrdən biri səfirliyin təhlükəsizlik əməkdaşlarının olduğu binanın pəncərəsinə dəyib.  

Hadisə nəticəsində xəsarət alan olmayıb.