Xəbər lenti

ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı
Siyasət 22:23 24.06.2019

ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı

ABŞ yalnız yeni və hərtərəfli saziş imzalanacağı təqdirdə İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır.

Modern.az xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

O bildirib ki, yeni saziş həqiqətən də hərtərəfli olmalı, nüvə problemi, ballistik raket problemi və insan haqları ilə bağlı məsələləri əhatə etməlidir:

"Yalnız bu halda ABŞ tamamilə sanksiyaları ləğv edə və İranla diplomatik münasibətləri bərpa edə bilər”.

Nümayəndənin sözlərinə görə, hazırda isə Vaşinqton Tehrana iqtisadi təzyiqi davam etdirəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->