ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edərək onun yerinə Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəhbəri Mayk Pompeonu təyin edib. Pompeonu isə onun köməkçisi vəzifəsində çalışan Cina Haspel əvəzləyib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Cina Haspel CIA-nın ilk qadın direktoru statusunu qazanıb. 1985-ci ildə CIA tərkibinə qatılan Haspel 2017-ci ildə təşkilatda direktor köməkçisi vəzifəsinə təyin edilmişdi. 62 yaşlı Cina Haspel Pompeonun ən yaxın adamı kimi tanınır.
Qeyd edək ki, Haspelin 2002-ci ildə Taylandda "Əl-Qaidə" terrorçularına qarşı "waterboarding" işgəncəsini tətbiq edən müəssisəyə rəhbərlik etdiyi iddia edilirdi.
Gülşən
Şərhlər