Xəbər lenti

ABŞ-la Türkiyəni düşmən edən diplomat: jurnalist, kəşfiyyatçı, səfir... (DOSYE)
Dünya 09:00 13.10.2017

ABŞ-la Türkiyəni düşmən edən diplomat: jurnalist, kəşfiyyatçı, səfir... (DOSYE)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ittiham etdiyi ABŞ səfiri Con Bass qardaş ölkədən ayrılmağa hazırdlaşır. Səlahiyyət müddəti başa çatmaq üzrə olan diplomatın növbəti iş yeri ABŞ üçün strateji əhəmiyyəti böyük olan Əfqanıstanın paytaxtı Kabil olacaq.

"Qaynarinfo" xəbər verir ki, ABŞ səfirliyinin əməkdaşı Mətin Topuzun FETÖ istintaqı tərəfindən saxlanılmasından sonra səfirlik açıqlama yayaraq Türkiyədəki bütün təmsilçiliklərinin viza verilişlərini dayandırdığını açıqlamışdı.

Rəcəb Tayyib Ərdoğan baş verənlərə görə birbaşa günahkar bildiyi Con Bassı ağır sözlərlə tənqid edərək viza qərarından sonra onun vəzifədə qalmamasının vacibliyini vurğulamış və səfiri ABŞ-ın Türkiyədəki təmsilçisi kimi qəbul etmədiklərini bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, səfir vida ziyarəti üçün onlara müraciət edir, amma nə özü, xarici işlər naziri Con Bassı qəbul etmir.


Türkiyənin sərt şəkildə tənqid etdiyi Con Bassa ABŞ hökməti sahım çıxmışdı. Ölkərin Xarici İşlər Nazirliyi Con Bassın viza qərarını təkbaşına vermədiyini, nazirlik və Ağ Evlə kordinasiyalı şəkildə verildiyini açıqlamışdı. ABŞ XİN-in sözcüsü Heater Nauert açıqlamısında Con Bassı "ABŞ-ın sahib olduğu ən yaxşı diplomatlardan biri" adlandırmışdı.

ABŞ rəhbərliyinin həm Türkiyə ilə qalmaqalda sahib çıxdığı, həm də birbirindən kritik vəzifələr verdiyi Con Bass əslində kifayət qədər gənc diplomat hesab olunur. O, hələ 53 yaşında olmasına rəğmən bu günə qədər bir çox önəmli vəzifələri tutub.

Səfirin ABŞ Hava Qüvvələrinin pilotu olan və Vyetnam müharibəsində iştirak edən atası bir təyyarə qəzasında həlak olub. Həmin vaxt Con Bass hələ anadan olmayıbmış. Bu səbəbdən də hazırkı Türkiyə səfirinə atasının adı verilib.

Diplomat Siracuse Universitetirinin Beynəlxalq əlaqələr fakültəsindən məzun olub. Tələbəlik illərində universitet qəzetində çalışıb. Ali təhsilini bitirdikdən sonra da ilk iş yeri mətbuat olub və Nyu York şatatının Kanaan şəhərindəki yerli bir qəzetdə çalışıb.


1988-ci ildə isə karyerasını diplomat olaraq davam etdirmək üçün Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. Diplomat kimi ilk işi Afrika ölkəçi Çad olub. Daha sonra Belçikaya təyinat alıb. Öncə Antverpdə, sonra Brüsseldə çalışıb. 1993-cü ildə Vaşinqtona geri dönüb. Burda XİN-in tərkibində kəşfiyyat analitiki olaraq fəaliyyət göstərib. Həmçinin Belçika və Hollandiya ilə NATO masalarında çalışıb. 

1990-cı illərin sonunda Kosovadakı missiyanın tərkibində yer alıb, Rusiya ilə əldə olunan silah azaltma anlaşmalarının həyata keçirilməsini kordinasiya edib və daha sonra Romaya təyinat alıb.

Con Bass 2008-ci ildə Bağdadda regional bərpa qrupunun rəhbəri təyin olunub. Bir il sonra prezident Barak Obama tərəfirdən Tiflisə səfir göndərilib. Burda fəaliyyət göstərdiyi dönəmdə xüsusilə Gürcüstan müxalifətinin tənqidlərinə məruz qalıb. Müxaliflər 2011-ci ildəki etiraz aksiyaları zamanı hökuməti aksiyaçılara sərt müdaxiləyə təşviq etməkdə və Gürcüstanın daxili işlərinə müdaxilədə günahlandırıb.


O, 2014-cü ildə Barak Obama tərəfindən Françis Rikkiardonenin yerinə Ankaraya fövqəladə və səlahiyyətli səfir təyin edilib. 2014-cü ilin sertyabrında təyinatı rəmsiləşən Con Bass oktyabrda Türkiyəyə gələrək fəaliyyətə başlayıb.

Artıq onun səlahiyyət müddəti başa çatır və Türkiyədən ayrılmağa hazırlaşır. ABŞ-ın Ankaradakı yeni təmsilçisinin kim olacağı bilinmir. Amma prezident Donald Trampın qardaş ölkəyə bu dəfə diplomat yox, siyasi bir şəxsi göndərəcəyi ehtimal edilir. Yeni səfirin ilk işi iki müttəfiq arasında az qala düşmənçilik səviyyəsinə düşən münasibətləri yenidən normallaşdırmaq olacaq...

Aydın

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->