Video 21.12.2021

ABŞ mediası Baydenin yeni çoban itindən yazdı (VİDEO)

Prezident Co Baydenin yeni alman Çoban iti (ovçarka) var.

Qaynarinfo xəbər verir ki, bu haqda Amerika mətbuatı yazıb.

Bayden Twitter-də paylaşdığı videoda "Komander” ləqəbli yeni küçüyünü göstərib.

"Yeni Baydenlə tanış olun", - o yazıb.

İyun ayında Baydenin çoban itlərindən biri 13 yaşında ölüb və əvvəllər prezident malikanəsində məskunlaşmış Meycor adlı digər çoban iti Bayden ailəsinin naməlum dostları ilə yaşamağa göndərilib. Meycor Baydenin iqamətgahında olarkən Gizli Xidmət agentini və Milli Park Xidmətinin zabitini dişləyib.
 
Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?