Xəbər lenti

Dünya 11:50 03.12.2019

ABŞ Meksika ilə sərhəddə 400 milyon dollarlıq yeni divar tikəcək

ABŞ 2020-ci ilin sonuna qədər Arizonada Meksika ilə sərhəddə yeni divar inşa edəcək.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, işin icrasına 400 milyon dollar xərclənəcək. Divarın uzunluğunun 50 kilometr olacağı bildirilir. 

Kabeza Prieta Təbiət Qoruğunun cənub perimetri boyunca qurulacaq sərhəd infrastrukturunu inşası üzrə tenderi "Fisher Sand" və "Gravel Co." şirkətləri qazanıb.
 
Qeyd edək ki, Meksika ilə sərhəddin hasarlanması Trampın təşviqat vədi idi. Bu ilin fevralında müvafiq təşəbbüsün həyata keçirilməsi məqsədilə təqribən 6,4 milyard dollar almaq üçün fövqəladə rejim tətbiq etdi. Prezidentin əleyhdarları isə divarın inşasına cəmi 1,4 milyard dollar ayırmaq barədə razılığa gəldilər.
 
Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->