Dünya 10:32 28.05.2020

ABŞ Nümayəndələr Palatası uyğur türkləri ilə bağlı qanun layihəsini təsdiqlədi

ABŞ Nümayəndələr Palatası uyğun türklərinə qarşı təzyiqlərə görə bəzi çinli dövət məmurlarına sanksiya tətbiq edilməsini nəzərdə tutan qətnaməni təsdiq edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qətnamə qəbul edilməsi üçün prezident Donald Trampa göndərilib. Trampın da təsdiqləyəcəyi təqdirdə sanksiya rəsmən qüvvəyə minəcək.

"Bu həftə sonuna qədər Çin məsələsində güclü bir addım eşidəcəksiz", - deyə Tramp açıqlamasında bildirib.

Sənəddə həmçinin ABŞ Dövlət Departamentindən bölgədəki insan hüquqlarının pozulması ilə bağlı hesabat hazırlanmaq da tələb edilir.

Qeyd edək ki, sözügedən sənədin baqa bir variantı 2019-cu ilin noyabrında ABŞ Senatında qəbul edilmiş və Nümayəndələr Palatasına göndərilmişdi. Lakin Palata bəzi dəyişikliklər edərək sənədi dekabrda yenidən Senata yollamışdı.