Həftə sonu ABŞ prezidenti Donald Tramp işsizlik müavinətlərinə əlavə ödənişlərin qismən bərpası ilə bağlı fərman imzalayıb.
Qaynarinfo "Bloomberg”ə istinadla xəbər verir ki, ödənişlər koronavirus səbəbindən işsiz qalan on milyonlarla ABŞ sakininə veriləcək. Sənədə görə, həftəlik ödənişlərin məbləği 400 dollar olacaq. Onların 75%-i federal hökumət, 25%-i isə dövlət tərəfindən maliyyələşdiriləcək.
Demokratlar və respublikaçıların hələ də iqtisadiyyatı stimullaşdırmaq üçün yeni bir proqramın şərtləri barədə razılığa gələ bilmədikləri Konqresi kənara qoyaraq iqtisadiyyatın dəstəklənməsi tədbirlərinin genişləndirilməsi üçün fərman imzalanıb. Agentlik qeyd edir ki, fərmanın imzalanması Prezident Tramp üçün hüquqi nəticələrə səbəb ola bilər, çünki konstitusiyaya görə, dövlət xərcləri Konqresin məsuliyyətidir.
Alpər
Şərhlər