Xəbər lenti

ABŞ Prezidenti Azərbaycana təşəkkür etdi
Ölkə 19:38 24.05.2021

ABŞ Prezidenti Azərbaycana təşəkkür etdi

"Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir".

Qaynarinfo xəbər verir ki, bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubda yer alıb.

"Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq", - məktubda qeyd olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->