Dünya 13:39 28.01.2018

ABŞ PYD-ni terror təşkilatları siyahısına saldı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) PKK-nın bir qolu olan PYD-ni terror təşkilatları sırasına daxil edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumat təşkilatın saytında yerləşdirilib. Belə ki, PYD "Suriyadakı xarici terror təşkilatları" siyahısına salınıb.

Salih Müslimi isə PKK-nın Suriya qolunun lideri olaraq göstərib.

Qeyd edək ki, iyul ayında ABŞ-ın Aspen İnstitutunda çıxışı zamanı ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin komandanı ordu generalı PKK-nın Suriya qolları olan YPG/PYD-nin adını öz istəkləri ilə "Suriya Demokratik Qüvvələri" olaraq dəyişdirdiklərini etiraf etmişdi.