"ABŞ Rusiyanı qıcıqlandıra biləcək bölgələrdə lüzumsuz fəallıq göstərməməyə çalışır".
"Qaynar" xəbər verir ki, bunu Trend-ə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən həftə Moskvada baş tutmuş görüşünü şərh edən ekspert bu görüşü "Moskva prosesi" adlandırıb.
Keçmiş səfirin sözlərinə görə, Donald Tramp hələlik Cənubi Qafqazla bağlı dəqiq siyasət hazırlamayıb və ABŞ-ın lüzumsuz fəallıqdan uzaq qaçmaq tendensiyası hələ Barak Obama administrasiyası dövründə formalaşmışdı: "B.Obamanın fikrincə, ABŞ dünyada həddən çox fəal siyasət aparırdı, ona görə də o, ABŞ siyasətini daha sakit məcraya yönəltməyə qərar vermişdi".
Qaynar.Az
Şərhlər