Siyasət 11:32 30.05.2014

ABŞ səfirliyindən həbslərlə bağlı daha bir - Açıqlama

ABŞ-ın Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri rəhbəri Anar Məmmədlinin, icraçı direktoru Bəşir Süleymanlının məhkum olunmasına münasibət bildirib. 

“Azadlıq” radiosunun məlumatına görə, mayın 30-da yayılan bəyanatda deyilir: “Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə kimi çox şübhəli ittihamlarla ittiham edərək ona beş il yarım azadlıqdan məhrumetmə cəzası kəsib. Bu həbslər Azərbaycanın demokratik inkişafı istiqamətində ciddi geriləmədir. Biz Azərbaycanın əsas tərəfdaşı olaraq inanırıq ki, ölkənin gələcək sabitliyi və inkişafı üçün ən doğru addım daha açıq cəmiyyətə imkan yaratmaq olardı”.

Qeyd edək ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 5 il 6 ay,  qurumun icraçı direktoru Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qaynar.info