Ekonomiks 10:45 12.06.2021

ABŞ şirkətlərinin Qarabağa gəlişi Azərbaycana nə vəd edir? (ŞƏRH)

"ABŞ şirkətlərinin işğaldan azad olunan ərazilərə cəlb edilməsi və sərmayə qoyuluşlarında daha yaxından iştirak etməsi həm də iki ölkə arasında münasibətlərin, strateji əlaqələrin genişləndirilməsi baxmından  vacibdir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov ABŞ şirkətlərinin Qarabağın bərpa işlərində iştirakından danışarkən deyib. O bildirib ki, bu konteksdən ABŞ işğaldan azad olunmuş ərazilərimizə yeni innovasiya və texnoloji  sərmayə qoyuluşlarının həyata keçirilməsində fəal iştirak edə bilər:



"ABŞ Azərbaycanın əsas tərəfdaşlarından biridir. Və xüsusən də investisiyanın cəlb, texnologiyanın əldə edilməsində ABŞ-la Azərbaycan arasında dərinləşmiş əməkdaşlıq əlaqələri var. ABŞ iqtisadi baxımdan dünyanın ən aparıcı ölkəsidir. Ən çox texnoloji yeniliklər transfer edən ölkələrdən biridir. İşğaldan azad olunmuş ərazilərizimdə ABŞ şirkətlərinin iştirakı bir tərəfdən həmin ərazilərimizdə formalaşacacaq, yaradılacaq mexanizmlərə uyğun olaraq bu ölkənin şirkətlərinin təcrübəsindən istifadə edilməsinə imkan yaradıla bilər. Xüsusən də nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizdə "Ağıllı kənd" və "Yaşıl zona" prinsipinə uyğun olaraq yenidənqurma işləri aparılır, bu baxımdan çox səmərəli olacaq".

Vüqar Bayramov qeyd edib ki, ABŞ daxil olmaqla inkişaf etmiş ölkələrlə bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi vacibdir:

"Eyni zamanda ABŞ-ın investisiya qoyuluşu imkanları kifayət qədər böyükdür, texnoloji yeniliklərə transfer edir".

Bahar Rüstəmli