Video 22:00 23.12.2018

ABŞ super aviabombanı sınaqdan keçirdi (VİDEO)

ABŞ yeni aviabombanı sınaqdan keçirib.

Qaynarinfo xəbər verir ki, böyük dağıdıcı gücə malik olan aviabomba "GBU-57 Massive Ordnance Penetrator" (MOP) adlanır. 

Ölkənin Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarəsi GBU-57 bombasını Missuri ştatındakı poliqona atıb.

Bombanın ümumi çəkisi 13,6 tondur, 61 metr yerin dərinliyində effektivdir və 19 metrlik betonu dağıda bilir.