Dünya 15:00 04.11.2019

ABŞ Suriyada iki yeni hərbi baza qurur

ABŞ Suriyada iki yeni hərbi baza inşa edəcək.

Qaynarinfo xəbər verir ki, Deyr Əz Zorda iki yeni bazanın inşaatı üçün çox sayda texnika, bölgəyə isə 250-300 hərbi heyət, zirehli maşınlar, silah-sursat göndərilib.

ABŞ ordusunun bir hissəsi Suriyanı tərk etsə də, Deyr Əz Zora əlavə hərbi heyət yönləndirilib. Daha əvvəl 28 oktyabrda 170 maşınlıq konvoy yola salınmışdı.

Qeyd edək ki, ABŞ ərazidə 3 əlavə hərbi bazaya sahibdir.

Gülşən