Dünya 14:15 12.11.2018

ABŞ tarixinin ən gənc Konqres üzvü pulsuzluqdan Vaşinqtona köçə bilmir

ABŞ Təmsilçilər Məclisinə üzv seçilən Alexsandriya Okasio Kortes yeni işi üçün Vaşinqtona köçə bilmir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ tarixinin  ən gənc Konqres üzvü statusunu qazanan 29 yaşlı Aleksandriya ofisiant işləyir və hazırkı maddi vəziyyətinin Vaşinqtona köçməyə imkan vermədiyini deyir. 2 yanvar 2019-cu ildə Təmsilçilər Məclisində yerini alacaq Kortes Konqres üzvü kimi ilk maaşını alandan sonra Vaşinqtona köçməyə imkan tapacaq. 

Bəzi media nümayəndələri isə Okasio Kortesi yalan danışmaqda ittiham edib. Buna səbəb Kortezin ötən həftələrdə "Vogue" jurnalına bahalı geyimlərlə müsahibə verməsi olub. Konqres üzvü isə həmin geyimlərin jurnal tərəfindən verildiyini açıqlayıb.

Qeyd edək ki, dünyanın ən bahalı şəhərlərindən olan Vaşinqtona köçmək üçün 5 min dollardan çox pul lazımdır. 

Gülşən