ABŞ üçün qorxunc proqnoz: 200 min insan öləcək

ABŞ üçün qorxunc proqnoz: 200 min insan öləcək

ABŞ-da koronavirus pandemiyasının yayılmasına qarşı tədbirlərə riayət edilsə belə, 100-200 min insan ölə bilər.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu proqnozla Ağ Evin Kovid-19-la Mübarizə Qrupunun üzvü həkim Debora Birks və həkim Antoni Fausi çıxış edib. 

"Əlimizdə sehirli çubuq yoxdur. Sehirli bir peyvənd ya da müalicə də yoxdur. Sadəcə davranışlarımızla bu xəstəliyə qalib gələ bilərik", - deyə Birks bildirib.

Fausi də oxşar açıqlama ilə çıxış edib.

"Ən az 100 min nəfərin öləcəyi proqnozu nə qədər ağır olsa da, buna hazır olmalıyıq. Təbii ki, ümid edirik rəqəm bu qədər yüksək olmaz. Bu rəqəmi mümkün olan ən az səviyyəyə endirmək üçün əlimizdən gələni edirik. Lakin realist olmalı olsaq, özümüzü bir tərəfdən bu həqiqətə hazırlamalıyıq", - deyə Fausi bildirib.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR