Türkiyənin Suriyada başladığı Barış Pınarı əməliyyatı dayandırılır
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra bildirib.
Mayk Pensin sözlərinə görə YPG təhlükəsiz bölgədən çıxacaq: "Barış Pınarı əməliyatı YPG-nin çəkilməsindən sonra dayanacaq. Bu addımı atdığına görə Ərdoğana çox minnətdarıq.Bu razılaşma nəticəsində bir çox insan xilas olacaq"- deyə vitse prezident bildirib.
Şərhlər