ABŞ yadplanetlilərin su altında yaratdığı inanılmaz görüntünü paylaşdı (VİDEO)

ABŞ yadplanetlilərin su altında yaratdığı inanılmaz görüntünü paylaşdı (VİDEO)

ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisinin qarşısına keçib, sonra suya qərq olan naməlum Uçan Obyektin (UNO) inanılmaz görüntüləri ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, inanılmaz video "USS Russell” ekipajının 2019-cu ilin iyul ayında ələ keçirdiyi piramidal UNO görüntülərini paylaşmaqla məşhurlaşan rejissor Ceremi Korbell tərəfindən yerləşdirilib. Korbell videonu özünün extraordinarybeliefs.com saytında yayımlayıb.

15 iyul 2019-cu il tarixində USS Omaha Döyüş Məlumat Mərkəzi (CIC) tərəfindən çəkilən videoda göy üzündə qara sferik cisim görünür. Müşahidə zamanı obyekt saatda 46-158 mil sürəylə hərəkət edib.

Məlumata görə, sualtı qayıq hətta UNO-nun axtarışına göndərilib, lakin heç nə tapa bilməyib. Cereminin dediyinə görə, obyekt naməlum qalır.

Bu, ehtimal ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin qarşılaşdığı UNO-lardan çoxunun həm havada, həm də su altında işləyə bilən nəqliyyat vasitələri olması haqda nəzəriyyəni doğrulayır.

Korbell hesab edir ki, suyun altında yadplanetlilərin UNO bazası var. Başqa yerlərdən gələn naməlum nəqliyyat vasitələri bu bazadan tranzit kimi istifadə edirlər.

Alpər
 

X
XƏBƏRLƏR
BLOGLAR