Limonlu isti suyun insan orqanizminə bir çox faydaları var.
"Qaynarinfo" axşam.az-a istinadən həmin faydalardan bir neçəsini təqdim edir:
Bağırsaqların fəaliyyətini yaxşılaşdırır - ac qarına hər səhər bir stəkan isti və ya ilıq limonlu su içmək bağırsaqların doğru işləməsinə şərait yaradır.
Arıqlamağa kömək edir - səhərləri içəcəyiniz bir stəkan limonlu isti su həzmi yaxşılaşdıraraq, arıqlamağa kömək edəcək.
Burun və boğaz tutulmasının qarşısını alır - isti su soyuqdəyməyə, öskürək və boğaz ağrısına kömək edir. Bəlğəmi aparır, nəfəs borusuna yaxşı təsir edir.
Menstruasiya ağrılarını azaldır - isti limonlu su menstruasiya ağrılarını azaltmağa kömək edir. Suyun istiliyi qarın əzələlərində sakitləşdirici təsirə malikdir.
Qocalmanın qarşısını alır - isti limonlu su içmək dərinin elastikliyini artırır, dəri hüceyrələrini bərpa edir və daha hamar cildə sahib olmağa səbəb olur.
Saçlarınızı canlandırır və uzadır - isti limonlu su içmək yumşaq, parlaq saç əldə etmək üçün də yaxşı bir yoldur. Saç kökündəki sinir uclarını hərəkətə gətirir. Eyni zamanda saçların inkişafını da sürətləndirir.
Qaynarinfo.Az
Şərhlər