Dünya 23:53 13.09.2020

Ağcaqanadların kütləvi hücumu yüzlərlə heyvanın ölümünə səbəb oldu

ABŞ-da ağcaqanad sürüləri yüzlərlə heyvanın ölümünə səbəb olub.

Qaynarinfo sherg.az-a istinadən xəbər verir ki, ABŞ-ın Luiziana əyaləti Laura qasırğasından sonra ağcaqanad sürüsü ilə mübarizə aparmaq məcburiyyətində qalıb.

Ağcaqanadların kütləvi hücumu həmin əyalətdə heyvanların toplu şəkildə ölümünə yol açıb. Belə ki, həmin həşəratlar qanlarını içdikləri yüzlərlə inəyi, maralı, atı tələf edib. Heyvanların ölümünə səbəb çoxsaylı dişləmədən sonra dərialtı qanaxmaları olması, eyni zamanda həşəratlardan uzaqlaşmaq üçün onların davamlı hərəkətlərindən yaranan yorğunluqdur.