İdman 09:08 10.08.2020

Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.

Qaynarinfo xəbər verir ki, icazə idman mallarının istehsalına da aid edilib.

Qeyd edək ki, Peşəkar Futbol Liqası (PFL) 2020/2021-ci illər mövsümünün startı ilə bağlı avqustun 12-də AFFA-nın inzibati binasında püşkatma mərasimi keçirəcək.