Foto 10:14 22.11.2020

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldıldı (FOTOLAR)

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

İşğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.