Xəbər lenti

ADIF-in ölkə Prezidenti qarşısında öhdəliyi ləğv edildi
Ölkə 19:18 07.07.2020

ADIF-in ölkə Prezidenti qarşısında öhdəliyi ləğv edildi

Prezident İlham Əliyev "Əmanətlərin sığortalanması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qaynarinfo xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) illik hesabatını və audit rəyini ölkə Prezidentinə təqdim etməsi barədə öhdəlik ləğv edilib. 

Fond bundan sonra illik hesabatını və audit rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), maliyyə bazarlarına nəzarət orqanına və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim edəcək. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->