Ölkə 12:43 05.04.2023

Adil Kərimli idarə rəisini işdən çıxardı

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli bu barədə əmr imzalayıb.

Mədəniyyət Nazirliyindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, V.Hüseynova şiddətli töhmət verilmişdi.