Ölkə 17:46 27.03.2020

Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil Abdulxalıq oğlu Qəribovun "Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Adil Abdulxalıq oğlu Qəribov "Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Adil Qəribov kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüdür (akademik).