Xəbər lenti

Afaq Bəşirqızı məmurlara çağırış etdi:
Ölkə 23:11 17.05.2019

Afaq Bəşirqızı məmurlara çağırış etdi: "Siz də ayılın..."

Xalq artisti Afaq Bəşirqızı mədəniyyət və incəsənət nümayəndələrinə dəyər verilməməsindən gileylənib.

Bu barədə musavat.com-un əməkdaşına danışan xalq artisti məmurlara çağırış da edib: "Sənətkarların qədri bilinməlidir. Xalq öz sənətkarını sevir, dəyərləndirir. Amma cənab məmurlar, siz də ayılın. Hər şeyi biz prezidentə deyə bilmirik. Vaxt olacaq and içəcəklər ki, siz o kresloda oturmusuz, heç kəs inanmayacaq. Amma sənətkar həmişə yaddaşlarda qalır”.

Xatırladaq ki, iki ay öncə, mart ayının əvvəlində ölkə prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb, onları dinləmişdi.

Görüşdə xalq artisti Afaq Bəşirqızı teatr və aktyorların maddi durumu ilə bağlı müraciət etmişdi. Bundan dərhal sonra prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Musiqili Teatra və Dövlət Rus Dram Teatrına akademik statusu verildi.

Həmçinin prezidentin digər sərəncamı ilə bu il martın 1-dən etibarən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 50 faiz artırıldı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->