Sənət 10:35 12.06.2021

Afaq Bəşirqızından xəbər var (AÇIQLAMA)

"Xəstəxanada deyiləm”.

Bu sözləri kulis.az-a Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan söz-söhbətə münasibət bildirərkən söyləyib.

"Ürəyimlə bağlı səhhətimdə problem yaranıb. Evdə müalicə alıram. Ümid edirəm ki, yaxşı olacam!” deyə Xalq artisti bildirib.

Qeyd edək ki, aparıcı Elgiz Əkbər iki gün əvvəl öz proqramında Xalq artistinin xəstəxanada olduğunu demişdi.