AFFA Aleksandr Səmədovdan üzr istədi

AFFA Aleksandr Səmədovdan üzr istədi

AFFA rəhbərliyi DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan – Rusiya matçından qonaq komandanın futbolçusu Aleksandr Səmədovun azarkeşlər tərəfindən təhqir olunmasına görə qarşı tərəfdən üzr istəyib.

Qol.Az-ın xəbərinə görə, bu haqda Rusiyanın “Sovetski sport” qəzeti məlumat yayıb.

Xatırladaq ki, matçın gedişatında azərbaycanlı Səmədov fitə basılıb, ünvanına nalayiq ifadələr işlədilib, onun üzərinə müxtəlif əşyalar atılıb.

Qəzetin yazdığına görə, matç bitəndən dərhal sonra AFFA-nın rəsmi nümayəndələri şəxsən Aleksandr Səmədovdan, eləcə də oyundan əvvəl Rusiyanın dövlət himninin fitə basılmasına görə qonaq milli komandanın üzvlərindən üzr istəyiblər.

Xatırladaq ki, Aleksandr Səmədovun Bakıdakı oyunda bir qrup azarkeş tərəfindən etirazla qarşılanmasına onun matçdan əvvəl mətbuata “Azərbaycan millisini cəzalandırmağa çalışacağıq” sözlərini deməsi səbəb olub.

Qaynar.info

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR