AFFA azarkeşlərlə bağlı Operativ Qərargaha müraciət etdi

AFFA azarkeşlərlə bağlı Operativ Qərargaha müraciət etdi

AFFA Azərbaycan Kubokunun final oyununa azarkeşlərin buraxılması xahişi ilə Nazirlər Kabineti yanında Operativ qərargaha müraciət edib.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. O, müraciətdə azarkeş sayı ilə bağlı konkret rəqəm göstərmədikləri bildirib: "Say deməmişik. Yazmışıq ki, nə qədər mümkündürsə, o qədər tamaşaçının buraxılması üçün imkan daxilində kömək edin. Müsbət cavab gələcəyini gözləyirik".

Qeyd edək ki, mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan Kubokunun final oyununda "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gələcək.
X
XƏBƏRLƏR
BLOGLAR