AFFA-dan aqressiv futboçulara 4 oyunluq cəza

AFFA-dan aqressiv futboçulara 4 oyunluq cəza

AFFA-nın İntizam Komitəsinin növbəi iclası keçirilib.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın ilk dövrəsinin son turunda qaydaları pozan klub və futbolçularla bağlı qərarlar çıxarılıb.

"Qəbələ” – "Zirə” matçı bitdikdən sonra meydan sahiblərinin 7 nömrəli futbolçusu Ehtiram Şahverdiyev "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Onun bu hərəkəti klubun 3200 manat cərimələnməsinə də səbəb olub. 

"Sabah"ı isə  Xulio Sezar Rodrigez xərcə salıb. Futbolçu "Qarabağ"la matçın 27-ci dəqiqəsində "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb, klub isə 3200 manat cərimə olunub. Şərti cəzaya görə sınaq müddəti 3 ay təyin edilib. Bu matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan "Qarabağ" 800 manat cərimələnib. 

Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X