AFFA: Sakinlərə heç bir məhdudiyyət qoyulmayacaq!

AFFA: Sakinlərə heç bir məhdudiyyət qoyulmayacaq!

"Avropa Liqasının final qarşılaşması ilə bağlı paytaxtın bəzi küçələrində məhdudiyyət qoyulması ilə bağlı informasiya doğru deyil".
 
Qaynarinfo xəbər verir ki, bu sözləri matc.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Assosiasiya rəsmisi bildirib ki, mayın 25-dən 31-dək Bakının bəzi mərkəzi küçə və meydanlarında vətəndaşların sıx hərəkətinə məhdudiyyət qoyulmayacaq: "Final oyunu ərəfəsində Bakı şəhərinin hər hansı ərazisində vətəndaşların hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı nə oyunun yerli Təşkilat Komitəsinin, nə də UEFA-nın belə bir istəyi və ya tələbi olub. Bu məlumatın hardan qaynaqlandığı barədə informasiyamız yoxdu".

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici qarşılaşmada İngiltərənin iki təmsilçisi - "Arsenal"la "Çelsi" üz-üzə gələcək.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR