Dünya 09:42 14.12.2018

Afrika ölkəsində 47 dinc sakin qətlə yetirildi

Afrikanın qərbində yerləşən Malidə terrorçular dinc sakinləri hədəf alıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Qao ərazisində 2 yaşayış məntəqəsinə hücum təşkil edilib. Terrorçular evlərə od vurub və sakinləri güllələyiblər. Nəticədə 47 nəfər ölüb. Qətlə yetirilənlər arasında azyaşlılar da var.

Gülşən