Afrika Millətlər Kubokunun qalibi bəlli oldu (VİDEO)
Misirdə keçirilən Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, tunirin final matçında Seneqal və Əlcəzair yığmaları qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Əlcəzair 2-ci dəqiqədə Bağdad Bunedjahın vurduöu qolla turnirin qalibi olub.
Beləliklə, Əlcəzair 2-ci dəfədi bu Afrika Millətlər Kubokunu qazanıb. Şimali afrikalılar 1990-cı ildə də qitə çempionu olub. Bu komanda 1980-ci ildə də final oynayıb. Seneqal isə oynadığı iki finaldan heç birində qalib ola bilməyib (2002, 2019).
Turnirin ən yaxşı futbolçusu adına Əlcəzairdən İsmael Bennaker, ən sərrast futbolçusu adına Nigeriyadan Odion İqalo (5 qol), ən yaxşı qapıçısı adına Əlcəzairdən Rais M'Boli layiq görülüb, fair-play mükafatı Seneqala verilib.
Qeyd edək ki, turnirin bürünc medallarına Nigeriya sahib çıxıb. Nigeriyalılar üçüncü yer uğrunda oyunda Tunisə qalib gəlib - 1:0.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər