Foto 12:58 03.06.2018

Agentlikdən uçan körpü ilə bağlı açıqlama: 15 metri dağılıb (FOTOLAR)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən gün sel suları nəticəsində Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün uçması ilə bağlı məlumat yayıb.

Qaynarinfo xəbər verir ki, məlumatda uçqunun ümumi uzunluğu (yanaşma yolları ilə birgə) 74 metr olan avtomobil körpüsünün sel sularının istiqaməti üzrə sol yanaşma yolunun torpaq yatağının yuyulması nəticəsində baş verdiyi bildirilib:

"Uçmuş hissənin uzunluğu təqribən 14-15 metr təşkil edir. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün bərpası istiqamətində addımlar atılacaq”.