Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin fəaliyyət göstərdiyi ölkələrdən sığınacaq axtaranların sayının artması ilə əlaqədar ayrı dövlətlər üçün vizasız rejimi dayandıra bilər.
"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu Aİ-nin miqrasiya və daxili işlər üzrə komissarı Dimitris Avramopulos deyib.
"Vətəndaşları Avropa İttifaqına vizasız giriş hüququ olan dövlətlərə mesajımız aydındır: bu üstünlüyü qorumaq sizin öhdənizə düşür", - deyə "Deutsche Welle" Avropa komissarının sözlərini sitat gətirib.
O bildirib ki, əks tədbirlər Qərbi Balkan və Latın Amerikası ölkələrinə aid ola bilər.
Şərhlər