Dünya 13:00 22.03.2019

Aİ "Brexit" üçün İngiltərəyə əlavə vaxt verdi

Avropa İttifaqı liderləri "Brexit" prosesinin təxirə salınması barədə razılıq əldə edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Britaniya parlamenti İttifaqla əldə edilmiş razılığı təsdiqləsə, hökumətə 22 maya qədər vaxt veriləcək. Parlament rədd cavabı versə, 12 aprelə qədər nəzərdə tutulan təxir təklifi irəli sürüləcək.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-ni tərk etməsi 29 mart 2019-cu ildə planlaşdırılırdı. Lakin İngiltərə Baş Naziri Tereza Meyin Aİ ilə əldə etdiyi razılıq ölkə parlamenti tərəfindən rədd edilib. 

Gülşən