Xəbər lenti

Aİ-də
Dünya 21:23 30.05.2023

Aİ-də "Twitter" qadağan edilə bilər - Səbəblər

"Twitter” sosial şəbəkəsi dezinformasiya ilə mübarizə üçün avqustun 25-dən qüvvəyə minəcək yeni qaydalara əməl etməsə, Avropa İttifaqında qadağan oluna bilər.

Qaynarinfo xəbər verir ki, bunu "Francetvinfo”nun efirində Fransanın rəqəmsal keçid və telekommunikasiya naziri Jan-Noel Barro deyib.

"Twitter bizim qaydalarımıza uyğun gəlmədiyi təqdirdə Avropa İttifaqında qadağan olunacaq”, - deyə rəsmi bildirib.

Milyarder İlon Maska məxsus sosial şəbəkə 2018-ci ildə istifadəyə verilmiş onlayn dezinformasiyaya qarşı "düzgün təcrübə” Avropa kodeksindən çıxdığını elan edib.

Avqustun 25-dən etibarən Aİ-də platformaları dezinformasiya ilə mübarizə aparmağa məcbur etmək üçün nəzərdə tutulmuş Rəqəmsal Xidmətlər Aktı qüvvəyə minir. Bu, xüsusilə, qeyri-qanuni məzmunu silmək öhdəliyini və yetkinlik yaşına çatmayanlara yönəlmiş reklamın qadağan edilməsini təmin edir. Bu qaydalara əməl etməyən platformalar dövriyyənin 6%-ə qədər cərimə ilə üzləşirlər.

"Mən istəyirəm ki, Twitter avqustun 25-nə qədər bu Avropa qaydalarına əməl etsin, əks halda o, Avropada artıq arzuolunmaz olacaq. Təkrar pozuntu halında platforma Avropa İttifaqında qadağan olunacaq", - Barro əlavə edib.

Nazir etiraf edir ki, Twitter ictimai müzakirələrdə mühüm rol oynayır, lakin dezinformasiya demokratiya üçün təhlükələrdən biridir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->