Dünya 10:15 16.12.2019

Aİ: Gürcüstan vətəndaşının qətli Moskva-Brüssel əlaqələrinə təsir edə bilər

Berlində Gürcüstan vətəndaşının öldürülməsi və Rusiya səfirliyinin 2 əməkdaşının Almaniyadan xaric edilməsi ilə bağlı istintaq Moskva ilə Brüssel arasındakı münasibətlərə təsir göstərə bilər.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin rəhbəri Markus Ederer deyib. O, bildirib ki, Avropa İttifaqı ədaləti dəmin etmək və hesabatlılıq yaratma səylərində Almaniyanı dəstəkləyir.

Ederer həmçinin Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasını yüksək qiymətləndirib, lakin qeyd edib ki, Moskvanın Avropa Şurasındakı öhdəliklərini necə yerinə yetirdiyi hələ də müşahidə etməlidir. Bundan əlavə, o, Rusiya-Ukrayna münasibətlərində irəliləyiş gördüyünü bildirib. Edererin sözlərinə görə, bu, Aİ ilə Rusiya arasındakı münasibətlər üçün də vacibdir.

Xatırladaq ki, Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvili avqustun 23-də Berlində güllələnmişdi. Mediya əvvəllər yazmışdı ki, onun Vadim Krasikov adlı qatilinin Rusiya xüsusi xidmət orqanları ilə əlaqələsi var. O İnterpol xətti ilə axtarışdadır. Dekabrın 10-da Norman sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin Xanqoşvilini "qanqster mühitinin üzvü" adlandırıb. Putinin sözlərinə görə, zərərçəkmiş Moskvadakı metro partlayışlarında iştirak edib.
 
Camal