"Ağıllı cənazələr": "Zoom", "ağıllı robot", "cənazə hoteli" və "WhatsApp" xidmətləri

Pandemiya sbəbindən Yaponiyada bir araya gələ bilməyən ailə üzvləri mərhumları anmaq və mərasim təşkili üçün "Ağıllı cənazə" sistemi qurublar.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Yaponiyada çox sayda cənazə evi mərasimlərdə böyük dəyişikliklər etmək məcburiyyətində qalıb. Qadağalar səbəbindən fiziki olaraq mərasimlərdə iştirak edə bilməyənlərin istəyinə uyğun olaraq "Zoom" üzərindən izlənilən cənazələr artıq yeni bir ticarət sahəsinə çevrilir.

Tokioda "Life Ending Technologies" şirkəti bu vaxta qədər 50-dən çox "ağıllı cənazə" mərasimi təşkil edib. Cənazəyə onlayn qatılan şəxslər mərasimi kompüter qarşısından izləyə və vəfat edən şəxsin ruhuna tüstü yandıra bilirlər.

Bundan başqa Yaponiyada cənazə hotelləri belə var. Osaka şəhərində yerləşən Releyşn hoteli bunlardan biridir. Müştəri olaraq sadəcə yeni vəfat etmiş şəxslər qəbul edilir. Burada rezerv edilən mərasimlərdə ölən şəxsin yaxınları qısa müddətlik də olsa təhlükəsiz şəkildə tabutların yanında yas saxlaya bilir.

Yas mərasimlərindən 49 gün sonra təşkil edilən və yaxınların iştirakı ilə "40 mərasimi" kimi tədbir də keçirilir. Lakin pandemiya səbəbindən buna icazə verilmədiyindən Yaponiyada ilk robot rahib Buddist Pepper və android rahib Mindar hazırlanıb. Karantin müddətində bunlara böyük ehtiyac olacağı düşünülür.

Bununla yanaşı Yaponiyada "WhatsApp"a bənzəyən "Line" tətbiqi üzərindən dua oxuyan və xütbə verən rahiblər də var.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR