Sağlamlıq 22:52 02.03.2019

Ağıllı dərmanlar vasitəsilə kimyaterapiya azalacaq

Uaxın gələcəkdə ağıllı dərmanlar vasitəsilə peyvənd müalicəsinin çox daha yayılacağı və kimyaterapiyadan getdikcə uzaqlaşılacağı ifadə edildi.

Qaynarinfo deyerler.org-a istinadən bildirir ki, ağıllı dərman və peyvənd müalicələrinin gündəmdə olduğuna işarə edən mütəxəssislər belə danışdılar: "Demək olar, hər ay yeni bir dərman əlavə olunur. Xəstələrə ən faydalı olan dərmanın istifadəsi üçün işlər davam edir".

Araşdırmaçılar, kimyaterapiya üsulunun uzun müddətdir tətbiq olunan bir müalicə üsulu olduğunu, ancaq bu üsulun xəstəyə faydası ilə yanaşı, bədən sisteminə də çoxlu zərərinin olduğunu bildirdi.

Kimyaterapiya üsulunun xərçəng hüceyrəsilə yanaşı normal hüceyrələrə də təsir etdiyinə diqqət çəkən mütəxəssislər, belə danışdı: "Saç tökülməsi, qusma, ürək, qaraciyər, böyrək kimi orqanlarda çatışmazlıq ola bilər. Son dövrdə yeni müalicələr, ağıllı dərmanlar və peyvənd müalicəsi, yalnız xərçəng hüceyrələrini hədəfə alır. Buna görə normal sağlam hüceyrəyə təsir etməyib yalnız xərçəngli hüceyrəni öldürür. Beləcə xəstələrimiz kimyaterapiyanın bədənə etdiyi əks təsirlərdən xilas olmuş olur. Yeni müalicə üsulları çox daha təsirli olur və yalnız xərçəng hüceyrəsinə təsir etdiyi üçün daha yüksək miqdarlarda verə bilirik. Peyvənd müalicələri də bədənin immun sistemini artıraraq xəstənin özünün xərçənglə mübarizəsini təmin edir. Bu səbəbdən daha az əks təsirlə xərçəng hüceyrəsini öldürmüş oluruq".