Video 14:27 28.06.2018

Ağır xəstəlikdən əziyyət çəkən Ağakərimin son görüntüləri (VİDEO)

ARB TV-nin "Səhər-Səhər” kollektivi bu dəfə uzun müddətdir xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Ağakərimi (Kərim Novruzov) ziyarət edib. 

Qaynarinfo xəbər verir ki, uzun zamandır sağlıq durumu ilə əlaqədar efirlərdən uzaq düşən meyxana ustadı "Səhər-Səhər” kollektivi ilə yanaşı, həmkarı Ağamirzə və onun tələbələri də tək qoymayıb. 

Daha sonra çay süfrəsinə əyləşən qonaqlar Ağakərimin ünvanına meyxana səsləndiriblər.

Ağamirzə söhbət əsnasında indiki meyxananın bərbad gündə olduğunu deyib:

"Meyxanamız bərbad gündədir. Səbəb isə bisavadların çox olmasıdır. Xanımlarla olan meyxana sırf meyxana olsa, oxuya bilsələr eybi yoxdur. Qapımı döyən də, döyməyən də çox oldu. Əsaslar isə yanımdadır. Gənc meyxana deyənlərdən isə Tərlan və Elşəni dinləyirəm”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb və uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.