Xəbər lenti

“Akatsuki” stansiyası Venerada sirli fenomen kəşf etdi
Texnologiya 17:42 06.08.2020

“Akatsuki” stansiyası Venerada sirli fenomen kəşf etdi

"Akatsuki” planetlərarası stansiyası, qonşu Venera planetində unikal bir kəşf edib.
 
Qaynarinfo xəbər verir ki, planetin atmosferində, uzunluğu 7500 km olan, bulud divarları olan nəhəng bir quruluş tapılıb. Bu nəhəng obyekt planetin ekvatoru boyunca saatda 320 km sürətlə hərəkət edir. Bu barədə Yaponiya Kosmik Agentliyinin (JAXA) mətbuat xidməti məlumat verib. Planetoloq Xavyer Peralta bu atmosfer fenomeninin başqa heç bir planetdə analoqu olmayan yeni bir meteoroloji hadisə olduğuna işarə edib.

"Bu səbəbdən, hələ ona hər hansı fiziki interpretasiya verə bilmərik. Digər tərəfdən, "Akatsuki”nin bu kəşfinin Veneranın indiki görünüşünün sirrini açmağımıza kömək edəcəyinə əminik", - planetoloq deyib.

Venera eyni anda həm Yerə bənzərdir, həm də yox. Təxminən eyni cazibə qüvvəsi var, ancaq onun səthində 500 dərəcədən yuxarı olan temperatur hökmranlıq edir, fövqəladə atmosfersə karbon qazı və kükürd turşusundan ibarətdir. Hava qabığı Veneranın özünün səthindən 60 qat daha sürətli fırlanır, buna görə də külək qüvvəsi saatda 500 kilometrə çatır. Belə şərtlər əsrarəngiz hadisələrə təkan verir. 1960-cı illərdə kəşf edilən buludlardan nəhəng Y hərfinin yaranmasının sirri isə bu günə qədər tam izah edilə bilməyib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->