Xəbər lenti

Akif Muradverdiyev haqda qərar qüvvədə saxlanıldı
Ölkə 16:53 15.08.2013

Akif Muradverdiyev haqda qərar qüvvədə saxlanıldı

Avqustun 15-də Bakı Apelyasiya Məhkəməsi prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin həbs müddətinin uzadılması haqda qərardan verilmiş şikayətə baxıb.

Vəkil Fuad Ağayev “Media forum” saytına deyib ki, apelyasiya instansiyası rayon məhkəməsinin Akif Muradverdiyevin həbs müddətinin iki ay uzadılması haqda qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Akif Muradverdiyev iyunun 20-də Bakı Hava Limanında tutulub. Elə həmin gün Səbail Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Çantasından külli miqdarda qızıl çıxdığı bildirilən Akif Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. Ötən həftə Səbail Rayon Məhkəməsi onun həbsinin iki ay uzadılması haqda qərar çıxarıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->