Aktrisa danışdı - “Film 5 il əvvəl çəkilib”-VİDEO

Aktrisa danışdı - “Film 5 il əvvəl çəkilib”-VİDEO

“Gürzə” filmindəki Ziba roluna görə, son günlər sosial şəbəkələrdə tənqid hədəfi olan aktrisa Dilarə Nəzərova ona ünvanlanan ittihamlara cavab verib. 

Aktrisa AzNews.az saytına açıqlamasında bildirib ki, bu obrazın onun şəxsi həyatına heç bir aidiyyatı yoxdur:  “Bilmirəm o şəkilləri kim, necə və hansı məqsədlə yayıb. Demək istəyirəm ki, o geyimin və rolun mənim şəxsiyyətimə heç bir dəxli yoxdur. O, filmdir, obrazdır. Obraza münasibətlərini bildirsinlər. Film 5 il əvvəl çəkilib və televiziyada nümayiş etdirilib. Qəribədir ki, bu görüntülər indi saytlarda yayımlanır. O obraz o tip qadınlara qaşı bir etirazdır”.

Aktrisa bu görüntülərinin 5 il sonra ortaya çıxarılmasının həmkarları ilə bağlı olduğunu istisna edir: “Bütün həmkarlarımla gözəl münasibətlərim var. Düşünmürəm bu hansısa həmkarımdan qaynaqlanan məsələdir. Çox güman ki, həmin fotoların yayımlanması sayt adminlərinin savadsızlığından irəli gəlir”.

Qeyd edək ki, aktrisa “Gürzə” filminə 2009-cu ildə çəkilib və burda yüngül həyat tərzi keçirən Ziba obrazını canlandırıb.

Qaynar.info


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR