Rus əsilli ABŞ film ulduzu Nataliya Vudun ölümündə yeni şübhəli müəyyənləşdirilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 1981-ci ildə qeyri-müəyyən şəkildə ölən aktrisanın ölümündə həyat yoldaşı Robert Vaqner şübhəli hesab edilib.
Tədqiqatı aparan Con Korina 6 ildir yenidən start verilən prosesin nəticəsi olaraq Vaqnerin şübhəli hesab edildiyini, aktrisa ilə son görüşən şəxsin həyat yoldaşı olduğunu, Robert Vaqnerin ifadəsinin digər şəxslərdən fərqləndiyini bildirib.
Nataliya Vud 1981-ci ilin 29 noyabrında 43 yaşında dəniz səyahəti zamanı suya düşərək boğulub ölmüşdü. Los Anceles Məhkəmə Tibbi Ekspertiza Təşkilatı 2012-ci ildə hadisəni "qəza" əvəzinə "boğulma və ya qeyri-müəyyən digər səbəb" adlandırmışdı. 87 yaşlı Vaqner məsələ ilə bağlı açıqlama verməyib. O, 2011-ci ildən bəri bu hadisə barədə istintaq prosesində ifadə ilə çıxış etməyib.
Gülşən
Şərhlər