Avropa Şurasının mart ayında keçiriləcək iclasında Albaniya və Şimali Makedoniyanın Avropa İttifaqına üzvlük müraciətləri ilə bağlı müzakirələrin başlanmasını istəyirəm.
Qaynarinfo xəbər verir ki, belə bir bəyanatla Almaniya kansleri Angela Merkel Berlində Albaniyanın baş naziri Edi Rama ilə qatıldığı birgə mətbuat konfransında çıxış edib. O, bildirib ki, bu iki ölkə çox şeyin öhdəsindən gəlib və mart ayında da çox çalışaraq istədiyimiz və arzuladığımız nəticəni əldə etməyə çalışacağıq.
Qeyd edək ki, Albaniya Avropa İttifaqına üzv olmaq üçün 2009-cu ilin 28 aprelində müraciət edib və 2014-cü ilin iyununda rəsmi namizəd elan edilib. Albaniya 2020-ci ilə qədər 1,2 milyard dollar yardım alırdı. Avropa İttifaqının verdiyi bu pul təşkilatın ittifaqa daxil olmağa namizəd olan ölkələr üçün mexanizmin bir parçasıdır.
Camal
Şərhlər